ÖLKƏ PROFİLİ

Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi, trekkinq və alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır. Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.

 

 

VİZA

 

Gilan Turizm Sizə turistik elektron viza (E-visa) xidməti təklif edir. E-visa onlayn, səfirliyə baş çəkmədən tərtib olunur. Viza onlayn sistem vasitəsilə rəsmiləşir. Elektron vizanın təsdiq edilməsi 5 iş günü qədər tutur. Təsdiq edildikdən sonra viza elektron poçt vasitəsi ilə turistə göndərilir və Azərbaycana giriş üçün turist sadəcə bu sənədi çap edərək, onu sərhəddə göstərir. Bu viza 1 ay ərzində etibarlıdır və Azərbaycanın bütün sərhəd məntəqələrində təqdim oluna bilər. (Aeroport, D\Y, Dəniz vagzalı və s.). Vizanın qiyməti - 40 USD təşkil edir. Elektron vizanın alınması üçün aşağıda göstərilən sənədlər lazımdır:

1. Pasportun rəngli skan edilmiş surəti

2. 3x4 rəngli fotoşəkilin skan edilmiş surəti

3. Qonaq tərəfindən doldurulmuş anket forması (anket forması)

4. Otel rezervasiyasının təsdiq məktubu

5. Aviabilet və ya rezervasiyanın təsdiqi.

(Əgər Siz Azərbaycana gəliş-gedişi başqa üsullarla edirsinizsə, zəhmət olmasa səyahət vasitəsinin növünü bizə bildirin) Gilan Turizm Sizə həmçinin biznes vizalarının alınması üçün dəvət məktublarının əldə edilməsi xidmətini də təşkil edir. Bunun üçün lazım olan sənədlər aşağıdakılardır:

1. Pasportun skan edilmiş surəti

2. Dəvət edən təşkilatın rəsmi məktubu

 

 

NƏLƏRİ GÖRMƏLİ?

Azərbaycan daha qədim zamanlardan Odlar Diyarı kimi tanınmışdır. Bu əbəs olmamışdır – çünki Abşeron yarımadası neft və qazla zəngindir. Yanan qazların yerin səthinə çıxması ilahi möcüzə hesab olunur və buraya dünyanın hər yerindən adamları cəlb edirdi: ta qədim zamanlardan atəşpərəstlər Bakıya toplaşar və müqəddəs odlar üzərində öz məbədlərini inşa edirdilər. Onlardan biri - Zərdüştlərin od məbədi olan Atəşgahdır. Bu məbəd paytaxtdan 30 km məsafədə, Suraxanıda yerləşir. Məbəd Bakıda yaşayan atəşpərəst hind cəmiyyəti tərəfindən XVII-XVIII əsrlərdə inşa edilmişdir. Abşeronda olmuş səyahətçilər sirli odları öz yol qeydlərində tez-tez təsvir edirdilər. Bakı alovları barədə 1858-ci ildə Bakıda olmuş fransız yazıçısı Aleksandr Düma maraqlı qeydlər qoyub getmişdir. Yer səthinə çıxan yanan qaz alovları Abşeron yarımadasında Bakı yaxınlığında, ərazisində Yanardağ yerləşən kiçik Məhəmmədi kəndini də məşhur etmişdir. Dağın yamacı uzun illər ərzində gecə və gündüz alova bürünmüşdür. Təbiətin bu möcüzəsinə baxmaq üçün dünyanın bütün yerlərindən buraya çoxlu sayda turist gəlir. 2007-ci ildən etibarən Yanardağ dövlət tərəfindən mühafizə olunur və onun ərazisi Dövlət tarixi-mədəni təbiət qoruğu elan edilmişdir. Qobustan - dünya mədəniyyətinin nadir abidəsi, bəşəriyyətin ilkin sivilizasiya məskənlərindən biridir. Bu arxeoloji qoruq Bakıdan 60 km cənubda yerləşən və ərazisi 537 hektar olub, qayaüstü şəkillərin mədəni peyzajından ibarət düzənlikdir. Qobustan dağlarında daş əsri və sonrakı dövrlərdə bölgənin sakinləri haqqında nadir sübutlar – qayaüstü şəkillər, insan məskənləri, başdaşı abidələri toplanmışdır. Burada həmçinin yeni tarixdən əvvəlki böyük kromlexin qalıqları (Stounxecin Azərbaycan analoqu olan şaquli dayanmış dairəvi kompozisiya) yerləşir. Qobustanda demək olar 6000 qayaüstü şəkil - adamları və heyvanları təsvir edən petroqliflər vardır. Maraqlıdır ki, bizim eranın I əsrində Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionu olmuşdur ki, bunu da daşlar üstündə qayaüstü yazı sübut edir. YUNESKO ümumdünya irsinin digər abidəsi İçəri şəhər - xalq dilində Qala - Bakının mərkəzində yerləşən nadir tarixi-memarlıq qoruğudur. Bura ölkənin və hətta Orta Şərqin ən qədim və indiyədək sıx məskunlaşmış yeridir. Qoruğun yerləşdiyi 221 min kv.m ərazidə 1300-dən artıq ailə yaşayır. Arxeoloji qazıntılar bürünc əsrinə aid olan qəbirləri aşkar etmişdir. Yunanlar və romalılar Bakıdan yazarkən, məhz İçəri şəhər barədə yazırdılar. Burada bütün dünyada məşhur olan qədim abidələr - Qız qalası (XII əsr) və Şirvanşahlar Sarayı (XIII-XVI əsrlər). Bundan başqa, qalın qala divarları arxasında çoxlu sayda digər nadir abidələr: məscidlər, minarələr, karvansaray və hamam qalıqları vardır. Yeri gəlmişgən, məşhur "Brilyant əl" sovet filminin qəhrəmanları Mironov və Nikulin məhz İçəri şəhərin guşələrində dolaşırdılar. "Amfibiya adam" filmi də elə burada çəkilmişdir. Bu gün İçəri şəhərdə turistlər üçün suvenir satan xeyli sayda mağaza yerləşir ki, orada siz milli paltarlar, yaylıqlar və papaqlar, qab-qacaq və hətta əl ilə toxunmuş xalçalar ala bilərsiniz.