QafqaZ Karvansaray Hotel Qəbələdə yerləşən butik tipli beşulduzlu oteldir. Otel Qafqaz dağlarının ətəyində şəhər mərkəzinə yaxın olan bir ərazidə yerləşir. Karvansaray oteli qonaqların istirahəti üçün 159 otaq təqdim edir. Otelin daxilində yerləşən restoran Qəbələ mətbəxinin gözəl neymətlərini qonaqlara təqdim edir. İstirahətin daha da gözəl olması üçün otel tərəfindən xüsusi dizayna məxsus olan otel ərazisi qonaqların istifadəsinə verilir.
QafqaZ Resort Hotel Böyük Qafqaz dağlarının ətəyində yerləşən rezort tipli möhtəşəm bir oteldir. Otelin təqdim etdiyi 114 otaq və gülərüz personal qonaqların gözəl istirahəti üçün hər bir şəraiti təqdim edir. Təqdim olunan koteclər ailə və dostlar ilə istirahət etdikdə ideal bir seçim ola bilər. QafqaZ Resort Hotel qonaqlarına bir neçə restoran da təqdim edir. Azərbaycan və dünya mətbəxinin gözəl neymətlərini otelin restoranlarında dada bilərsininiz. Otel tərəfindən qrup və şirkət tədbirləri üçün də hər bir şərait təqdim olunur.
QafqaZ Qebele City Hotel Qəbələ şəhərinin mərkəzində yerləşən üçulduzlu oteldir. Otel Sizin gözəl istirahətiniz üçün 80 otaq təqdim edir. Otelin restoranında Siz yerli mətbəxin ləziz neymətlərini dada bilərsiniz. QafqaZ Qebele City Hotel Sizin istirahətinizin gözəl keçməsi üçün hər bir şərait yaratmaq iqtidarındadır. Otaqların sayı: 80 Standart: 53 Junior Suite: 28
QafqaZ Sport Hotel Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beşulduzlu rezort tipli oteldir. Böyük Qafqaz dağları tərəfindən əhatə olunan otelimiz qonaqlara 117 otaq təqdim edir. Otelin restoranında qonaqlar dünya və azərbaycan mətbəxinin ləziz neymətlərini dada bilərlər. Otelin ərazisində qonaqlar həm də koteclərdə ailəvi istirahət edə bilərlər.
Qafqaz Tufandag Mountain Resort Hotel 50 otaqlı möhtəşəm bir dağ otelidir. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. QafqaZ Tufandağ oteli öz cazibədar təbiəti, şərqə məxsus qonaqpırvərliyi, xoş mühiti ilə Sizin möhtəşəm istirahətiniz üçün hər bir imaknı təqdim edir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Yaşıl meşələri və başı qarlı əzəmətli dağlarıyla göz qamaşdıran təbiətin qoynunda 5 ulduzlu xidmətdən həzz alacaqsınız. otel Bakı şəhər mərkəzindən 225 km, Qəbələ beynəlxalq hava limanından 20 km məsafədədir. Otaqların sayı: 50 Junior Suite: 14 Superior Otaq: 26 Family Suite: 12King Suite: 6
QafqaZ Yeddi Gozel Hotel Qəbələdə yerləşən üçulduzlu oteldir. Otelin yerləşdiyi yer Nohur gölü və Yeddi Gözəl şəlaləsinə çox yaxındır. Otelin təqdim etdiyi otaq və koteclər ailə və dostarla istirahət üçün çox əlverişlidir. Yeddi Gözəl otelində qonaqların sifarişi əsasında toy, nişan və şirkət tədbirləri də təşkil oluna bilər. Otelin restoranında bizim qonaqlar azərbaycan mətbəxinin ləziz neymətlərini dada bilərlər.
QafqaZ Riverside Resort Qəbələ şəhərində dağların əhatəsində yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel öz qonaqlarına geniş və rahat otaqlar təqdim edir. Ailəvi istirahət üçün otelin ərazisində yerləşən koteclər ideal bir seçim ola bilər. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxinin ləziz neymətllərini dada bilərlər.
QafqaZ Thermal & Spa Hotel Qəbələ şəhərində yerləşən dördulduzlu oteldir. Otelin yerləşdiyi ərazi mineral və termal suları ilə çox məhşurdur. Otel öz qonalarına 61 geniş otaq təqdim edir. Otelin spa mərkəzi və ya imdan zalında vaxtınızı keçirdikdən sonra bizim otaqlarda çox rahat istirahət edə bilərsiniz. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxinin ləziz neymətllərini dada bilərlər.
Qafqaz Baku Sport Hotel bizim gözəl şəhərimizdə yerləşən ən yeni və gözəl otellərindən biridir. Otel Bakının məhşur Ağ Şəhər ərazisində yerləşir. Otelin restoran və otaqlarından Xəzərin gözəl mənzərəsini seyr etmək olar. Yerləşdiyi yerə görə QafqaZ Baku Hotel hər cür qonaq üçün uyğun bir oteldir. Həm turistlər həm də iş adamları üçün ideal bir oteldir. QafqaZ Baku Sport Hotel Sizin istirahətinizi daha da möhtəşəm etmək iqtidarındadır. Otaqların sayı: 103 Superior: 89 Junior Suite: 11 Executive: 1 Suite: 2
QafqaZ Park Hotel Bakı şəhərində yerləşən 4 ulduzlu oteldir. Yerləşdiyi yer uyğun seçildiyinə görə həm hava limanına həm də şəhərin mərkəzinə yaxındır. Otel qonaqlara çox rahat olan 49 otaq təqdim edir. Otelin daxilində olan restoranda qonaqlar həm azərbaycan həm də xariçi mətbəxin ləziz neymətlərini dada bilərlər. Otaqların sayı: 49 Standart: 39 Junior Suite: 2 Superior: 8
Qafqaz Point Hotel 74 otaq təklif edən ən yeni otellərdən biridir. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. Bizim otel çox əlverişli bir yerdə yerləşdiyinə görə şəhərin mərkəzinə və bütün əhəmiyyətli obyektlərə çox yaxındlr. Baku Point Hotel qonaqlara Standard, Superior, Junior Suite və Deluxe tipli otaqlar təqdim edir. Yemək qəbul edən zaman otelimizin restoranından gözəl bir mənzərəni seyr etmək olar. Baku Point Otel işgüzar görüşlər üçün də istifadə oluna bilər. Bunun üçün müştəri və qonaqlara xüsusi zal istifadəyə verilir. Otaqların sayı: 74 Standart: 44 Superior: 26 Junior Suite: 3 Deluxe: 1
Qafqaz Baku City Hotel & Residence 325 otaq təklif edən ən yeni otellərdən biridir. Otel müasir və dəbli otaqları ilə rahat istrahət təklif edir! QafqaZ Hotel & Residence 2012-ci ildə acılıb və Bakıda yerləşən ən böyük otellərdən biri sayılır. Otel 19 mərtəbədən ibarətdir və yuksəklikdə yerləşən otaqlardan qonaqlar Bakının möhtəşəm panoramasından həzz almaq imaknı əldə edirlər. QafqaZ Baku City Hotel & Residence Star Light və Spa mərkəz ilə qonaqlarına hər cür rahatlıq yaratmaq iqtidarındadır. Otaqların sayı: 325 Standart A: 52 Standart B: 73 Superior Otaq:115 Junior Suite: 62 Executive: 13 Royal Suite: 1
QafqaZ Sahil Hotel Xəzər danizi sahilində yerləşən möhtəşəm bir oteldir. Otel qonaqların istifadəsinə 42 otaq təqdim edir. Hər bir qonağın istirahəti üçün bütün şərait mövcuddur. QafqaZ Sahil Hotel daxilində yerləşən restoranda qonaqlar yerli neymətləri dadaraq otelin möhtəşəmliyini hiss edə bilərlər.